Yatmazdan əvvəl diş fırçalamamaq  ürək xəstəliyi riskini   artıra bilər
05 iyul 2023 13:50 (UTC +04:00)

Yatmazdan əvvəl diş fırçalamamaq ürək xəstəliyi riskini artıra bilər

Yaponiyada aparılan araşdırmalar göstərib ki, yatmazdan əvvəl dişləri fırçalamamaq ürək xəstəliyi riskini artırır.

Lent.az xarici KİV- ə istinadən bildirir ki, araşdırma çərçivəsində 2013-2016-cı illər arasında Yaponiyanın Osaka Universitet Xəstəxanasında yatan xəstələr arasından 1675-i seçilib.

İştirakçılar dişlərini gündə iki dəfə - səhər və axşam fırçalayanlar, yalnız gecə dişlərini fırçalayanlar, yalnız səhər dişlərini fırçalayanlar və ümumiyyətlə dişlərini fırçalamayanlar olaraq dörd qrupa bölünüblər. 

Tədqiqatçılar iştirakçıların yaşını, cinsini və siqaret çəkmə tarixini də nəzərə alıblar. Bundan əlavə, iştirakçıların sağlamlıq qeydlərini dörd müstəqil tədqiqatçı retrospektiv olaraq nəzərdən keçirib.

Araşdırma ürək çatışmazlığı, ürək ritminin pozulması, infarkt, sinə ağrısı, ürək qapağı və cərrahi əməliyyat tələb edən aorta xəstəlikləri kimi ürək-damar xəstəlikləri üzərində cəmlənib.

Dişlərini gündə iki dəfə fırçalayanların və yalnız gecə fırçalayanlarla müqüayisədə  ürək-damar xəstəliklərindən sağ qalma (təxmin edilən) nisbətləri, ümumiyyətlə, fırçalamayanlara nisbətən əhəmiyyətli dərəcədə yüksək olub.

Araşdırmanın nəticələri dişləri yalnız səhər fırçalamağın qeyri-kafi və gecə fırçalamanın sağlamlıq üçün əhəmiyyətli olduğunu ortaya çıxarıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251
avatar

Xədicə Novruzova

Oxşar yazılar