Üzünüzü krant suyu ilə yumayın – SƏBƏB
05 oktyabr 2021 11:27 (UTC +04:00)

Üzünüzü krant suyu ilə yumayın – SƏBƏB

Çirkli krant suyu ilə üzünüzü yumaq gözəlliyinizə mənfi təsir edə bilər. Hər gün üzünüzü yuduqda, suyun dərinizə təsiri qaçılmazdır. Əlbəttə, bu təsirin dərəcəsi dərinizin həssaslığından və suyun tərkibindən asılıdır.

Lent.az xəbər verir ki, suların tərkibindəki minerallar dəyişir. Dəriyə zərər verən də elə bu minerallardır.

Suyun tərkibindəki yüksək miqdarlı kalsium və maqnezium dəridəki hüceyrələrə zərər verə bilər. Daim sərt su ilə təmasda olan dəri qıcıqlanma, quruluq və sədəf kimi bəzi dəri xəstəliklərinə meylli olur. Əgər dəri probleminiz varsa, ehtimal ki, buna səbəb üzünüzü yuduğunuz sudur.

Üz dərinizin gözəl görünməsini istəyirsinizsə, o zaman üz üçün istehsal olunan xüsusi sulardan istifadə etməyiniz məsləhət görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3177
avatar

Nigar Adil

Oxşar yazılar