Şokoladla arıqlamaq  mümkündür? – Mənfi və müsbət tərəfləri
17 iyun 2024 10:18 (UTC +04:00)

Şokoladla arıqlamaq mümkündür? – Mənfi və müsbət tərəfləri

Dietoloqlar şokolad pəhrizi ilə istənilən qadının cəmi bir həftə ərzində 5 kiloqrama qədər artıq çəkidən qurtula biləcəyini iddia edir.

Lent.az xəbər verir ki, üstəlik bir kiloqram elə pəhrizə başladıqdan sonra bir gün ərzində yox olacaq.

Bildirilir ki, system isə çox sadə və aydındır. Gün ərzində yalnız bir şokolad yeməyə icazə verilir. Ancaq tərkibində kakao 70%-dən çox olan tünd və ya acı şokolad yeməyə icazə verilir. Pəhrizinizə şəkərsiz qara qəhvə də əlavə edə bilərsiniz.

Ancaq məsələ bu qədər sadə deyil. Çünki bu pəhrizin müsbət və mənfi tərəfləri var.

Şokolad pəhrizinin üstünlükləri

Əslində, bu cür qidalanmanın müsbət tərəfləri azdır. Hətta sadəcə bir müsbət tərəfi var ki, o da şokoladın dadlı olmasıdır.

Şokolad pəhrizinin mənfi cəhətləri

Şokolad pəhrizini sınamağa cəsarət edən qadınların müşahidələrinə görə, üçüncü gündən sonra xoşagəlməz yan təsirlər baş verir. Bu zaman xanımlarda ürəkbulanma, bəzən qusma, başgicəllənmə, artan yorğunluq və əsəbilik yaranır.

Hətta şox güman ki, həftənin sonuna qədər üzünüzdə səpgilər görəcəksiniz.

Mədə-bağırsaq problemi olan insanlarda xroniki xəstəliklər ağırlaşa bilər, miqrendən əziyyət çəkənlərdə isə ağrılar tez-tez baş verə bilər. Çünki şokolad bu xəstəliyin tətikləyicilərindən biridir.

Hətta arzuolunan şokoladın dadı belə zaman keçdikcə sizə xoşagəlməz görünməyə başlayacaq.

Beləliklə, şokolad pəhrizini sınamamağınız üçün bir çox səbəb var. Bildirilir ki, çəkilərdən xilas olmaq üçün yeyilən tünd şokoladın kömək etməkdən daha çox zərər vermə ehtimalı yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2226
avatar

Sevinc Fərid

Oxşar yazılar