Şəkər xəstələrinin dərmanları niyə vaxtında verilmir?  - TƏBİB-dən CAVAB
08 avqust 2024 15:39 (UTC +04:00)

Şəkər xəstələrinin dərmanları niyə vaxtında verilmir? - TƏBİB-dən CAVAB

Bəzi bölgələrdə şəkər xəstələri üçün verilməli olan dərman vasitələrinin miqdarı azdır və vaxtında verilmir.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb. Qeyd olunub ki, şəkər xəstələrinin Aktrapid və İnsulatard preparatları ilə təmin olunma tarixi avqutsun 1-dən 20-ə uzadılıb.

Adı çəkilən dərman vasitələrinin təminatının çatışmazlıq və ya hansı səbəbdən yarandığını öyrənmək üçün Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. Qurumdan Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar üçün təyin edilən dərman preparatlarının təminatı hər ayın sonunda müəssisələrdən verilən tələbnamə əsasında növbəti ayın əvvəlindən etibarən mərhələli şəkildə respublika üzrə paylanılır:

“Dərman təminatı tələbatdan asılı olaraq, növbəlilik prinsipi ilə həyata keçirilir. 

Bildiririk ki, tibb müəssisəsinin təminatı "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı qərarına əsasən həyata keçirilir. Sözügedən qərara əsasən şəkərli diabet xəstələri üçün nəzərdə tutulan insulinin həcmi aylıq maksimal 1200 təsir vahidi, həblərinin yekun cəmi isə 60-dır. 

Xüsusi olaraq qeyd edirik ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələri şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar üçün təyin edilən dərman preparatları ilə tam təmin olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Mehman Nəbiyev

Oxşar yazılar