İnsanın həyatda qala bilməsi üçün vacib olan orqanlardan biri də qaraciyərdir. Qaraciyərin sağlam fəaliyyət göstərməsi üçün düzgün qidalanma əsas şərtdir.
Lent.az xarici KİV-ə istinadən qaraciyəri təmizləyən qidaları təqdim edir:
Avakado
Avakadonun tərkibində qaraciyəri zərərli maddələrdən qoruya biləcək və düzgün fəaliyyətini təmin edən güclü təbii maddələr var.
Sarımsaq
Sarımsaq qaraciyəri toksinlərdən təmizləyir, enzimlərin fəaliyyətinə yardım edir. Sarımsağın tərkibindəki allisin və selenyum kimi təbii maddə də qarciyəri təmizləyir. Gündə 2-3 diş sarımsaq yemək xolesteri və triqliseritin səviyyəsini aşağı salır.
Qreyfrut
Bol tərkibli C vitamini, pektin və antioksidan tərkibli qreyfrut təbii qaraciyər təmizləyicisidir. Sağlam qaraciyərə sahib olmaq üçün həkimlər hər səhər təzə sıxılmış qreyfrut içməyi məsləhət görür.
Çuğundur
Qaraciyəri təmizləyən daha bir təbii qida çuğundurdur. Gündəlik menyunuza rəndələnmiş bir çuğundur, 2 yemək qaşığı zeytun yağı və limon suyu əlavə etməklə, qaraciyəri təmizləyən salat hazırlayıb, əlavə edə bilərsiniz.
Limon
Limonun tərkibindəki C vitamini qaraciyərin daha çox enzim bərpasına yardım edir. Bundan əlavə, limon qaraciyərin mineral maddələri mənimsəməsinə dəstək olur.
Yaşıl çay
Hər gün içilən yaşıl çay bədəndə toksinləri və yağ yığımını xaric edir. Bunun sayəsində qaraciyərdə hidrasyon səviyyəsi artır. Yaşıl çay qaraciyər xəstəliklərinin qarşısını alınmasında faydalıdır.