Peyvəndləmə ilə bağlı  YENİ QƏRAR:   3-cü doza vurulacaq
01 iyul 2021 09:46 (UTC +04:00)

Peyvəndləmə ilə bağlı YENİ QƏRAR: 3-cü doza vurulacaq

Bu gündən Türkiyədə 50 yaşdan yuxarı vətəndaşların və tibb işçilərinin 3-cü doza peyvəndləmə prosesi başlayır. 

Lent.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca bu qərarı sürətlə mutasiyaya uğrayan koronavirusa qarşı insanları qorumaq məqsədi ilə verdiklərini bildirib. 

Bundan əlavə, "BİONTEC" peyvəndinin birinci dozası ilə ikinci dozası arasındakı 6 həftə vaxt 4 həftəyə endirilib. 

Türkiyədə 50 milyon insanın  peyvənd olunması haqqında açıqlama verən nazir qeyd edib ki, virusa yoluxan insanlar 6 aydan bir deyil, 3 aydan bir peyvənd olunacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9048
avatar

Nigar Adil

Oxşar yazılar