Novruz bayramında necə qidalanaq? - Dietoloqdan  MƏSLƏHƏT
16 mart 2021 10:57 (UTC +04:00)

Novruz bayramında necə qidalanaq? - Dietoloqdan MƏSLƏHƏT

“Novruz bayramında qidalanma digər bayramlara nisbətən daha artıq diqqət tələb edir. Çünki bu bayram süfrəsi müxtəlif təamlarla birlikdə şəkərbura, paxlava, badambura, qogal və digəri milli şirniyyatlarla, çərəzlərlə, meyvə quruları ilə zəngin olur”. 

Bunu Lent.az-a açıqlamasında dietoloq Vüsalə Tağıyeva bildirib.

Dietoloq Vüsalə Tağıyeva

Dietoloq qeyd edir ki, bayramda düzgün qidalanıb artıq çəki almamaq üçün günə su ilə başlamaq lazımdır: “Hər yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan su içilməlidi. Yeməklər asta-asta, yaxşı çeynənərək qəbul edilməlidir. Mayonezli, yağlı xama əvəzinə zeytun yağlı salatlara üstünlük verilməlidir. Süfrədə müxtəlif çeşid yeməklər varsa, çalışın bir növ qida seçin. Əgər hamısından dadmaq isteyirsinizsə, qabınızı xəyali olaraq 4 hissəyə bölün. 1-ci hissəyə ət, 2-ci hissəyə tərəvəz, 3-cü hissəyə çörək və ya plov, 4-cü hissəyə meyvə qoyun. Şirniyyatlar, meyvə və ya çərəzlərdən birini seçib, əsas yeməkdən 2 saat sonra istifadə edə bilərsiz”.

Vüsalə Tağıyeva bildirir ki, milli şirniyyatlarımız çox kalorilidir:

“Onların bir ədədi təqribi əsas yeməkdən aldığımız kaloriyə ekbivalentdir. Buna görə şirniyyat qəbul etdikdə əsas yeməyi təxirə salmaq məsləhətdir. Ən əsası isə fiziki aktivliyi unutmaq olmaz. Artıq qida qəbul etdiyiniz gün və ya səhəri gün bir saatlıq sürətli gəzinti ilə aldığınız artıq kaloriləri yandırmağa çalışın”.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4416
avatar

Nigar Adil

Oxşar yazılar