Növbəti  pandemiyaya   səbəb ola biləcək  virusun adı   AÇIQLANDI
23 aprel 2024 18:04 (UTC +04:00)

Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI

Tədqiqatçıların təqribən 57 faizi hesab edir ki, bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi ehtimalı var və buna əvvəlkilərdən qat-qat təhlükəli olan mutasiyaya uğramış qrip virusu səbəb olacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, alim Con Salmanton-Qarsianın sözlərinə görə, dünya hər il payız-qış dövründə qrip virusu ilə üzləşir. Lakin bunlar genişmiqyaslı epidemiyalar deyil və yeni ştammların yaranmasına baxmayaraq, həkimlər onlara az-çox nəzarət edə bilirlər. Lakin bu, həmişə belə olmayacaq.

Mütəxəssislərin təxminən 21 faizi hesab edir ki, qrip virusundan sonra növbəti pandemiyaya 2019-cu ildə dünyanı bürüyən koronavirus kimi birdən-birə ortaya çıxa bilən “Xəstəlik X” adlı virus səbəb ola bilər.

Tədqiqatçıların daha 15 faizi deyir ki, COVID-19 hələ də yüksək təhlükə yaradır və yaxın gələcəkdə yeni epidemiyalara da gətirib çıxarmaq ehtimalı var.

Lakin Lassa, Nipah, Ebola və Zika virusları kimi digər ölümcül mikroorqanizmlər sorğuda iştirak edən alimlərin yalnız 1-2 faizi tərəfindən ciddi qlobal təhlükə hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3645
avatar

Oxşar yazılar