“Koronavirus temperatur, əzələ ağrısı, halsızlıq, quru öskürək və nəfəs darlığı ilə başlayır. Qrip isə ilk öncə burun axması, qıcıqlanma, asqırmaqla müşahidə olunur. Bundan əlavə qrip zamanı gözdə yaşarma, üzdə az şişkinlik kimi hallara rast gəlinir”.
Bu fikirləri Lent.az-a açıqlanmasında həkim-terapevt Kəmalə Məmmədova bildirib.
Həkim bildirir ki, uzun müddətli öskürək, qoxu və dad bilmə hissinin itirilməsi, yüksək hərarət, şiddətli bədən ağrıları ilə şəxs mövsümi qripə deyil, koronavirusa yoluxduğunu anlaya bilər:
“Qrip insan bədənində 1-4 gün arasında aktiv olur, infeksiyanın daha çox təsir etmə müddəti ortalama 2 gündür. Koronavirusda bu proses 1 -14 gün arasında, təsiretmə müddəti isə 6 gündür. Hər iki virus öskürək və ya asqırma ilə ötürülür. Ona görə də xəstə insanlarla təmasdan çəkinmək lazımdır”.
Qeyd edək ki, öskürək və asqırma zamanı birdəfəlik əl dəsmallarından istifadə olunmalı, ağız və burunu tutmaq gərəkir. Bundan sonra dərhal da onu atmaq məsləhət görülür.