Məşhur ətirlərin ölümcül təhlükəsi – XƏBƏRDARLIQ
16 dekabr 2024 13:23 (UTC +04:00)

Məşhur ətirlərin ölümcül təhlükəsi – XƏBƏRDARLIQ

Tərkibində ftalatlar olan lüks ətirlər xərçəngin inkişafına səbəb ola bilər.

Lent.az-ın məlumatına görə, bu barədə moda tarixçisi və ətir mütəxəssisi Tala Baeva xəbərdarlıq edib.

Hansı ətir xərçəngə səbəb olur?

Baevanın dediyi kimi, ən azı 13 tanınmış brendin ətirlərində, xüsusən də Bulgari və Zielinski & Rozen məhsullarında olan ftalatlar endokrin sistemə müdaxilə edir və hormonal balanssızlığa səbəb olur.

Bu maddələrin DNT-də mutasiyaya səbəb olması da şübhəli bilinir.

Mütəxəssis bunun müxtəlif ağır xəstəliklərə, o cümlədən xərçəngə səbəb ola biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, ftalatlar reproduktiv sağlamlığa mənfi təsir göstərə bilər: hormonların səviyyəsini dəyişir, cinsiyyət orqanlarının inkişafını pozur.

Ekspert bildirib ki, ftalatlar plasentadan asanlıqla keçdiyi üçün onlar hamiləlik zamanı pozulmalara və dölün reproduktiv sistemində problemlərə səbəb ola bilər.

Bundan əlavə, bu cür ətirlər allergiya və astmaya gətirib çıxarır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Ləman Sərraf

Oxşar yazılar