Mağazadan alınan mayonezin  əsas təhlükəsi açıqlandı
22 may 2023 13:36 (UTC +04:00)

Mağazadan alınan mayonezin əsas təhlükəsi açıqlandı

Dietoloq Nataliya Qridina mağazada satılan mayonezin mənfi cəhətlərini açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dietoloq bildirib ki, mağazada satılan mayonezin tərkibində orqanizm üçün zərərli olan trans yağlar mövcuddur. 

Onun sözlərinə görə, orqanizmdə bu yağları parçalanması prosesi çox çətindir:

“Mayonezin tez-tez istehlak edilməsi artıq çəki, koroner ürək xəstəliyi riskini artırır. Çünki mağazada satılan bu cür mayonezlərin içində qarğıdalı nişastası var. Qarğıdalı nişastası genetikası ilə oynanmış bir qidadır və bu cür qidalar isə insan sağlamlığına son dərəcə zərərlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178
avatar

Arzu Qurbanlı

Oxşar yazılar