“BioNTech” şirkəti koronavirusa qarşı dərman hazırlayır.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, koronavirus əlamətləri olan orta yaşlı şəxslər bu dərmandan istifadə edə biləcəklər.
Məlumatda qeyd olunur ki, dərman 1140 nəfər arasında sınaqdan keçirilib və müsbət nəticə əldə edilib. Şirkət ilin son rübündə dərmandan istifadəyə başlanacağını açıqlayıb..