Braziliyada koronavirusa qarşı dərmanın yaşlılar üzərində gizlin sınaqdan keçirilməsi böyük səs-küyə səbəb olub.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, koronavirusa qarşı hazırlanan və istifadəsi təsdiqlənməyən dərmanın mart və aprel ayından “Prevent Senior” xəstəxanasında sınaqdan keçirildiyi iddia edilir.
Xəstələrdən ən azı 9 nəfərinin vəfat etdiyi bildirilir. Xəstəxanada çalışan həkimlərin ifadələri alınıb. Bu haqda məlumatı ilk dəfə “Prevent Senior” xəstəxana şəbəkəsində çalışan 12 həkim verib.
Qeyd edək ki, Braziliya prezidenti Jair Bolsonaro həmin dərmanı dəfələrlə tərifləyib.