Koronavirus, yuxu pozuntusu, böyrək xəstəliyi –  BEYNİMİZİ QOCALDIR
31 mart 2021 14:35 (UTC +04:00)

Koronavirus, yuxu pozuntusu, böyrək xəstəliyi – BEYNİMİZİ QOCALDIR

Beyin tez yaşlanan insan orqanlarından biridir. Gündəlik həyatımızda önəmsəmədiyimiz bir çox hadisələr beynin qocalmasına səbəb ola bilər. 

Lent.az xarici KİV-ə istiadən beyni qocaldan səbəbləri təqdim edir:

COVID-19 virusu 

Londonda aparılan araşdırmaya görə, yeni COVID -19 virusu diqqət pozuntusu yaratmaqla bərabər, beyni 10 il erkən yaşlandırır. 

Yuxu pozuntusu 

Yuxu beyni dinləndirir. Yuxu zamanı yaranan hormonlar beyin sağlamlığı üçün önəmlidir. Yuxu pozğunluğu alzheimer xəstəliyinə də səbəb olur. 

Beyin–damar xəstəliyi 

Beyin-damar xəstəlikləri beyni yorur və erkən yaşlanmaya “yardım” edir. 

Qidalanma

B1, B6, B12 və D vitaminlərinin çatışmazlığı sinir hüceyrələrinin fəaliyyətinə mane olur. Bu da beyinin erkən yaşlanmasına səbəb olur. 

Böyrək xəstəliyi

Az su içmək və xroniki böyrək xəstəliyi böyrəkdə elektrolitlərin pozulmasına səbəb olur. Elektrolit pozğunluğu unutqanlıq, yorğunluq, anlamsız danışma, iflic, əzələ ağrıları ilə bərabər, beyni yaşlandırır. 

Stress

Beyni tez qocaldan daha bir səbəb stress, hərəkətsizlikdir. 

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4140
avatar

Nigar Adil

Oxşar yazılar