İnsanları koronavirus yox, bu dərmanlar  ÖLDÜRÜR   - Həkimdən  ÇAĞIRIŞ
25 avqust 2021 11:22 (UTC +04:00)

İnsanları koronavirus yox, bu dərmanlar ÖLDÜRÜR - Həkimdən ÇAĞIRIŞ

“Koronavirusa təsir edən konkret “Antiviral” preparat mövcud deyil. Halbuki  protokollarda bir sıra dərmanlar yazılıb. O antiviral dərmanları protokollara yazan adamda yaxşı bilir ki, virusa təsir edən kankret dərman yoxdur”.

Lent.az xəbər verir ki, bu haqda infeksionist Vüqar Cavadzadə sosial media hesabından paylaşım edib:

Həkim-infeksionist Vüqar Cavadzadə

“Favipiravir”, “Remdesivir” və digər preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib. Bu preparatlar ev şəraitində necə gəldi yazılır. Hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb qəbul edirlər. İnsanların sanki, beyninə yeriyib ki, bu preparatları qəbul etsələr, sağalacaqlar. İxtisasından aslı olmayaraq bütün həkimlər bu dərmanları necə gəldi təyin edirlər. Çox sayda xəstələr var ki, bu preparatları qəbul etmədən sağalırlar”. 

Həkim-infeksionist qeyd edir ki, “Antiviral” preparatların olmayan xeyrindən çox, yan təsirləri həddən artıq çoxdur:

“Hələ dünyada sadə Herpes virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, koronavirusuna qarşı tapılsın. Bəlkə də zaman gələcək, sübut olunacaq ki, bu “Antiviral” preparatlar COVID-19-un  müalicəsində düzgün tətbiq edilməyib, neçə-neçə xəstə koronavirusdan yox, bu preparatların toksiki təsirindən dünyasını dəyişib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11124
avatar

Nigar Adil

Oxşar yazılar