Həkimlər xəbərdarlıq etdi – Bu məşhur vərdiş xərçəng riskini əhəmiyyətli dərəcədə artırır
14 fevral 2026 22:17 (UTC +04:00)

Həkimlər xəbərdarlıq etdi – Bu məşhur vərdiş xərçəng riskini əhəmiyyətli dərəcədə artırır

0

Solariumdan istifadə dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

APA xəbər verir ki, bu barədə “The Mirror” qəzeti Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinə istinadən məlumat yayıb.

"Solariumdan qaralma cəmi bir neçə həftə davam edə bilər, lakin dəriyə dəyən zərər ömürlükdür. Solariumlar dərini yüksək dozada ultrabənövşəyi şüalanmaya məruz qoyur ki, bu da, xüsusən də gənclərdə melanoma və digər dəri xərçəngi riskini artırır", - məlumatda deyilir.

Məqalədə o da qeyd olunur ki, solariumdan qaralma D vitamini çatışmazlığını kompensasiya edə və ya heç bir dəri xəstəliyini müalicə edə bilməz.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, 35 yaşından əvvəl solariumdan istifadə həyatın sonrakı dövrlərində melanoma inkişaf riskini 59% artırır.

Təşkilat solariumları siqaret çəkməklə müqayisə edilə bilən kanserogen kimi təsnif edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar