Gündüz  az yatmaq   orqanizmə XEYİRLİDİR
01 mart 2024 13:06 (UTC +04:00)

Gündüz az yatmaq orqanizmə XEYİRLİDİR

ABŞ-ın Texas Universitetinin Üz Ağrısı və Yuxu Təbabətinin Tədqiqi Kliniki Mərkəzinin direktoru Stiven Bender qısa yuxuların zehni effektivliyi artırdığını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, uzun yuxular isə (30 dəqiqədən çox) sirkadiyalı ritmləri və koqnitiv funksiyanı pozur.

Onun sözlərinə görə, gün ərzində 20 dəqiqəlik yatmaq diqqəti və yaddaşı yaxşılaşdırmaqla yanaşı, ayıqlığı və reaksiya sürətini artıra bilər:

“Eyni zamanda, uzun gündüz yuxusundan (30 dəqiqədən çox) sonra insan sonrakı oyanış saatları ərzində letargik, orientasiyanın pozulması və zehni performansının azalması hiss edə bilər. Uzun gündüz yuxusu da gecə yuxusuna mane ola bilər ki, bu da yuxuya getməkdə çətinlik çəkməyə və ya yuxusuzluğa səbəb olur. Yuxunun olmamasının mənfi nəticələrinə ürək-damar xəstəlikləri, diabet və hiperkolesterolemiya riskinin artması daxildir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3897
avatar

Arzu Qurbanlı

Oxşar yazılar