Göz dibində saralma, üşütmə və ... – “Haran ağrıyır?”
29 dekabr 2020 14:43 (UTC +04:00)

Göz dibində saralma, üşütmə və ... – “Haran ağrıyır?”

Başınız ağrıyır? Ürəyiniz sancır? Gözünüzdən yaş gəlir? Bəlkə qızdırmanız da var? Fərqi yoxdu, uşaq, cavan və ya qoca, insan övladı zaman-zaman səhhətində yaranan fəsadlardan əziyyət çəkir. Xəstələnir, ağrıyır və bu ağrıya qalib gəlir. Hə, məhz ağrıya.

Bəs görəsən ağrıyan nədir? Lent.az çoxlarınızın marağına səbəb olan "Haran ağrıyır?" rubrikasında növbəti məqaləni təqdim edir:

“Haran ağrıyır?” da bu dəfə qan azlığından (anemiya) həkim terapevt Sübhan Hacıyev danışacaq. Həkim qan azlığı nədir, hansı xəstəliyə səbəb olur və bunu necə aradan qaldırmaq olar suallarına cavab verir:

Həkim terapevt Sübhan Hacıyev

- Anemiya qanda hemoqlobinin və qırmızı qan hüceyrələri olan eritrositlərin azalmasına deyilir. Böyük qanaxmalar, qanda fol turşusu, vitamin B12, dəmir çatışmazlığı, leykozlar, talassemiya xəstəliyi, mədə-bağırsaq və qurd xəstəliyi zamanı yaranır.

Dəridə solğunlaşma, göz dibində saralma, üşütmə, baş gicəllənmə, baş ağrısı, qulaqlarda küy, təngnəfəslik, ümumi halsızlıq və yorulma artarsa, o zaman qan azlığından əziyyət çəkirsiniz.

Qan azlığı vaxtında aşkar olunub, doğru-düzgün müalicə olunmazsa, öd daş xəstəliyi, saç tökülmə, pnevmoniya kimi ağır xəstəliklərlə fəsadlaşa bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5229
avatar

Nigar Adil

Oxşar yazılar