COVID-19-un yeni ştammı ilə bağlı  XƏBƏRDARLIQ:   Tezliklə bütün dünyaya yayıla bilər
28 noyabr 2021 16:32 (UTC +04:00)

COVID-19-un yeni ştammı ilə bağlı XƏBƏRDARLIQ: Tezliklə bütün dünyaya yayıla bilər

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen koronavirusunun yeni B.1.1.529 ştamının daha yoluxucu ola biləcəyi barədə xəbərdarlıq edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu səbəbdən də bu mutasiyanın tezliklə bütün dünyaya - bir neçə ay ərzində yayılması mümkündür. Karantin rejiminin tətbiqi də istisna edilmir.

Koronavirusun yeni mutasiyası ilə bağlı vəziyyət Avropa Komissiyasının rəhbərinin alimlərlə görüşündə müzakirə edilib.

Beləliklə, patogenin növbəti mutasiyasının cəmi bir neçə ay ərzində dünyada yayıla biləcəyi irəli sürülüb.

Ursula fon der Lyayen avropalıları qətiyyətli və vahid olmağa və Cənubi Afrikaya uçuşları dayandırmağa çağırıb.

“Həmin bölgədən qayıdan turistlərdən “ciddi karantin qaydalarına” əməl etmələri tələb olunacaq”, - Avropa Komissiyasının rəhbəri vurğulayıb.

Bu il noyabrın 11-də ilk dəfə olaraq məlumat bazasına B.1.1.529 koronavirusunun yeni variantı daxil edilib.

Yoluxma Botsvanada başlayıb, daha 77 hadisə Cənubi Afrikada, sonra İsraildə, Honq-Konqda, indi də Belçikada aşkarlanıb.

Afrika qitəsi ölkələri, bəzi Avropa İttifaqına üzv ölkələr, həmçinin İsrail, Malayziya, Sinqapur və Yaponiya artıq Botsvana ilə hava nəqliyyatını məhdudlaşdırıb.

Rusiyada B.1.1.529 koronavirusuna yoluxma halı hələ müəyyən edilməyib.

Bu ştammın bir xüsusiyyətini alimlər koronavirusun orqanizmin hüceyrələrinə daxil olmasına imkan verən S-zülalında çoxlu sayda mutasiyaları adlandırırlar.
 

# 2391
avatar

Oxşar yazılar