Bu tarixə kimi dünya əhalisinin yarıdan çoxu piylənəcək
07 mart 2023 09:40 (UTC +04:00)

Bu tarixə kimi dünya əhalisinin yarıdan çoxu piylənəcək

Lenr.az xəbər verir ki, Ümumdünya Piylənmə Federasiyası “heç bir tədbir görülməsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxunun piylənmə və ya artıq çəkili kimi təsnif ediləcəyi”ni bildirib.

Dünya Piylənmə Federasiyasının yaydığı hesabata görə, 4 milyarddan çox adam kökəlməkdədir.

 Afrikanın 10-undan 9 və Asiyanın isə aşağı və ya orta gəlirli ölkəsində daha böyük kökəlmələrin olacağı gözlənilir.

 Federasiyanın rəhbəri, professor Luiza Baur hesabatın nəticələrini açıq xəbərdarlıq kimi qiymətləndirərək deyib: “Xüsusilə uşaqlar və gənclər arasında piylənmənin yüksəlməkdədir və bu nisbət həm oğlan, həm də qızlar arasında 2020-ci il səviyyəsindən iki dəfə artmaqdadır”.

  Dünya üzrə piylənmə nisbətinin artmasının qlobal iqtisadiyyata çox təsir göstərəcəyi və qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 3 faizinə bərabər olacağı proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2355
avatar

Cavidan HUN

Oxşar yazılar