Bu ay hansı meyvə-tərəvəzlərlə QİDALANMALI?
02 oktyabr 2021 10:02 (UTC +04:00)

Bu ay hansı meyvə-tərəvəzlərlə QİDALANMALI?

Həkimlər hər meyvə-tərəvəzi öz mövsümündə yeməyi məsləhət görür. Bununla da orqanizim süni şəkildə yetişdirilmiş meyvələrin tərkibindəki kimyəvi maddələrdən uzaq olacaq, bir çox xəstəliklərdən sığortalanacaq. 

Lent.az oktyabr ayında qəbul edə biləcəyiniz meyvə-tərəvəzləri təqdim edir: 

Armud

C vitamini ilə zəngin olan armud arıqlamağa kömək edir. Qabıq hissəsində daha çox vitamin olan bu meyvəni mövsümündə uşaqlara da verilməsi məsləhət görülür. 

Alma

Alma hər mövsümdə qarşılaşdığımız  meyvədir. Oktyabr ayında isə daha şirin olur. Həzm sistemi üçün faydalıdır, mədədə şişkinliyi aradan qaldırır. Antioksidan baxımından alma bir möcüzədir.

Gavalı

Gavalı qan üçün ən faydalı meyvələrdən biridir. Bu meyvə immunitet sistemini qoruyur, C vitamini baxımından yüksək qida dəyərinə malikdir. 

Banan

Kaliumla zəngin, serotonin hormonunu artıran banan oktyabr ayının sevimli meyvələrindən biridir.


Nar

Narın sağlamlıq üçün faydasını saymaqla bitməz. Bu meyvənin sevənlər üçün oktyabr ayı əvəzedilməzdir.  Artıq narı salatlarda, souslarda, yeməklərdə sevə-sevə isistifadə edə bilərsiniz. 

Balqabaq

Xərçəng də daxil olmaqla bir çox xəstəliklərin dərmanı kimi tanınan balqabaqdan bol istifadə etmək məsləhətdir. 

İspanaq

İspanaq göz sağlamlığı üçün faydalı tərəvəzdir. Dəmirlə zəngin olan ispanağı yeməklərdə, salatlarda  istifadə edə bilərsiniz.

Qırmızı turp

Qrip və soyuqdəymə ilə mübarizədə qırmızı turp əvəzolunmazdır. Bundan əlavə, ürək-damar xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3204
avatar

Nigar Adil

Oxşar yazılar