Böyük Britaniyada koronavirusun yeni növü  aşkarlandı
19 avqust 2023 10:44 (UTC +04:00)

Böyük Britaniyada koronavirusun yeni növü aşkarlandı

Britaniya Səhiyyə Agentliyi bildirib ki, çoxlu sayda mutasiyaya malik BA.2.86 koronavirusunun yeni variantı ilk dəfə Böyük Britaniyada aşkar edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, agentliyin açıqlamasına görə, Böyük Britaniyada avqustun 18-də yeni versiya müəyyən edilib.

Səhiyyə Agentliyi verdiyi açıqlamada, bu günə qədər yeni COVID-19 ştamının yalnız bir insanda aşkar edildiyini bildirib. Onun bu yaxınlarda səyahət etmədiyini vurğulanıb. Bu, Böyük Britaniya daxilində müəyyən dərəcədə təmas yoluxmasını nəzərdə tutur.

Koronavirusun yeni variantında “çox sayda mutasiya” var, lakin Agentliyin orqanizmin immun reaksiyasının dərəcəsini və xəstəliyin şiddətini müəyyən etmək üçün hələ kifayət qədər məlumatı yoxdur. “Guardian” qəzetinin yazdığına görə, yeni variantda "sünbül zülalında 30-dan çox mutasiya var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Oxşar yazılar