Bəzi insanlar  niyə heç vaxt kökəlmir?
04 iyul 2023 18:24 (UTC +04:00)

Bəzi insanlar niyə heç vaxt kökəlmir?

Bəzi insanların heç vaxt kökəlməməsinin səbəbləri açıqlanıb. Gün ərzində bir neçə saat yatmaq yaşlandıqca beyninizi sağlam saxlamağa kömək edə bilər.

Lent.az xarici mediyaya istinadən məlumat verir ki, ən son genetik araşdırmaya görə bəzi insanların həyatları boyu arıq qalmasını şərtləndirən yeganə amil iradə gücü deyil.

Alimlər bu hadisənin əsasının genetik mutasiyalar olduğunu irəli sürürlər. Kembric Universitetindən olan bir qrup tədqiqatçı çəki artımının səbəblərini araşdırmaq üçün qidalanma pozğunluğu olmayan 2000-ə yaxın incə və sağlam insanın DNT-sini araşdırıb. Əldə edilən məlumatlar müxtəlif çəkilərdə olan 14 000-ə yaxın insanın genomları ilə müqayisə edilib. Nəticədə piylənmə və ya arıq fiziki formanı saxlamaqla əlaqəli yeni genetik mutasiyalar aşkar edilib.

“Tədqiqatımız ilk dəfə göstərir ki, sağlam, arıq insanlar bu şəkildə qalırlar, çünki onlarda çəki artımına töhfə verən daha az gen var. Tələsik nəticə çıxarmaq və insanları artıq çəkiyə görə tənqid etmək asandır, lakin elm hər şeyin daha mürəkkəb olduğunu göstərir. Biz çəkimizə ümumi olaraq düşünüldüyündən daha az nəzarət edirik”, - professor Sadaf Farooqi izah edib.

Yeni araşdırma bəzi insanların niyə heç vaxt kökəlməməsinin sirrini tam açır. Hazırda alimlər aşkar edilmiş mutasiyaların iştaha və ya daimi çəki saxlamaq qabiliyyətinə necə təsir etdiyini dəqiq bilmirlər. Genetiklər oxşar genetik kodu olmayanlara necə kömək etmək lazım olduğunu anlamaq üçün əlavə araşdırmalar aparmağı planlaşdırırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3057
avatar

Xədicə Novruzova

Oxşar yazılar