Azərbaycanda ötən il 15200 nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib.
Lent.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu göstərici əhalinin hər 100 000 nəfərinə hesabı ilə 149 nəfər təşkil edib. 2025-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 723 nəfər olub.