Artıq çəki almamaq üçün bayram axşamı necə qidalanaq? – Dietoloq açıqladı
30 dekabr 2020 09:52 (UTC +04:00)

Artıq çəki almamaq üçün bayram axşamı necə qidalanaq? – Dietoloq açıqladı

“Bayram süfrələri bildiyimiz kimi xüsusi hazırlanır və dadlı yeməklərlə bəzədilir. Bayram axşamı doğru seçim edib, kiçik nüanslara diqqət etsək, həm sağlam qidalanarıq, həm də artıq çəkilərdən uzaq olarıq.”

Bunu Lent.az-a açıqlamasında həkim-dietoloq Vüsalə Tağıyeva bildirib.

Dietoloq günə mütləq səhər yeməyi ilə başlamaq lazım olduğunu söyləyir:

“Süfrədə sizi tox tutan qidalara üstünlük verin. Məsələn, pendir, yumurta, zeytun, göyərtilərdən ibarət salat, bir dilim çovdar və ya kəpəkli çörək ola bilər.

Axşam süfrəsinə ac oturmayın. “Onsuzda axşam çox yeyəcəm”, deyib, gün ərzində ac qalmaq etdiyimiz ən böyük səhvdi. Mütləq ara qəlyanaltılarını edin. Bu zaman meyvə, çərəz və ya süd məhsullarından istifadə edə bilərsiniz.”

Vüsalə Tağıyeva bayram süfrəsində proteinli yəni, ətli qidalara üstünlük verməyi məsləhət görür:

“Bu zaman seçiminiz hind quşu, toyuq, quzu əti və ya balıq ola bilər. Ətin yanına tərəvəz, göbələk qoya bilərsinz. Mövsüm tərəvəzlərindən düzəldilən salatı süfrənizdən əksik etməyin. Plovlardan və şirniyatdan uzaq olmağa çalışın və ya şəkərli şirniyyatları südlü şirniyyatlarla əvəz edin.”

Həkim-dietoloq bayramın səhəri  bol-bol su içib, tempolu gəzməyi və daha yüngül qidalanma ilə dünəni kompensasiya edə biləcəyinizi qeyd edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2769
avatar

Nigar Adil

Oxşar yazılar