Arıqladır deyirlər, əslində isə… 
17 iyul 2021 13:26 (UTC +04:00)

Arıqladır deyirlər, əslində isə… 

Arıqlamaq, artıq çəkilərdən azad olmaq üçün bəzi meyvə-tərəvəzlərdən istifadə edilir. Əslində isə həmin məhsulların tərkibindəki yağ ehtiyatından çoxları xəbərsizdir.  

Lent.az pəhriz zamanı kilo almağa səbəb olan qidaları təqdim edir: 

Avakado 

1 avokado təxminən 325 kaloridir və 8 çay qaşığı qədər sağlam yağ ehtiva edir. 1 çay qaşığı yağ almaq üçün avokadonun 1/8 hissəsini istifadə edə bilərsiniz. 

Noxud 

Noxud dəmir, maqnezium, kalium və bitki mənşəli protein mənbəyidir. Yarım stəkan bişmiş noxud 135 kaloridir. Tərkibindəki karbohidrat uzun müddət toxluq yaradır. Noxud ət alternativi olaraq istehlak edilərsə, 3/4 fincan yeyə bilərsiniz. 

Suşi 

Suşi yüksək kalorili tərkibə malikdir. Şaşimi balığından hazırlanan bir dilim, 28 qramlıq suşi 30-40, nigiri suşisi isə 40-65 kaloriyə malikdir. Arıqlamaq istəyən qadınlar nigiri suşisində 6, kişilər isə 9 ədəd yeməlidir. 

Fısdıq 

B qrup vitaminlərlə zəngin olan fısdıq sağlam dəri, saç və gözlər üçün əhəmiyyətlidir. 1 fısdıqdığın tərkibində qoz, kaju və badamdan daha çox protein var. Yarım fincan fıstıq təxminən 425 kaloridir. Arıqlamaq istəyənlər gündə ən çox 28 fısdıq yeyərsə, 166 kalori qəbul edəcək.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3549
avatar

Nigar Adil

Oxşar yazılar