Alimlər görməni bərpa edə biləcək  yeni üsul kəşf etdilər
05 iyun 2026 06:27 (UTC +04:00)

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

0

ABŞ-ın Cons Hopkins universitetinin alimləri görmə sistemində zədələnmədən sonra işləyə bilən təbii bərpa mexanizmini aşkar ediblər.

Lent.az xəbər verir ki, siçanlar üzərində aparılan təcrübələr görmə ilə əlaqəli bəzi sinir hüceyrələrinin məhv olması halında belə sağ qalan hüceyrələrin yeni budaqlar yaradaraq itirilmiş əlaqələri yenidən qura bildiyini açıqlayıb. Bu proses alimlər tərəfindən “filizlənmə” (sprouting) adlandırılır.

Araşdırma zamanı müəyyən edilib ki, neyronlar özləri yenidən yaranmır, lakin mövcud hüceyrələr yeni əlaqələr quraraq görmə funksiyasının qismən bərpasına kömək edir. Tədqiqatın nəticələri 2026-cı ilin fevralında elmi jurnal olan “JNeurosci”də dərc olunub.

Maraqlı məqamlardan biri də bərpa sürətinin cinslər arasında fərqli olmasıdır. Təcrübələrdə erkək siçanların dişi siçanlarla müqayisədə daha sürətli və daha tam sağaldığı müşahidə edilib.

Alimlər hesab edirlər ki, bu mexanizmin tam öyrənilməsi gələcəkdə göz və sinir sistemi zədələri nəticəsində yaranan görmə itkisinin müalicəsində yeni imkanlar aça bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar