30 yaşdan sonra qadınlarda ən çox  bu problem   yaranır
12 dekabr 2023 18:01 (UTC +04:00)

30 yaşdan sonra qadınlarda ən çox bu problem yaranır

Ginekoloq Şerife Özlem Genç 30 yaşdan sonra qadınlarda yaranan xəstəlikləri açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, hər bir qadın bu riski daşıyır.

Onun sözlərinə görə, 30 yaşından başlayaraq hər bir qadında uşaqlıq boynu xərçəngi riski yaranır:

“HPV virusunun uşaqlıq boynu xərçənginə səbəb ola bilər. O bölgədə HPV virusunun olması xərçəngə tutulduğumuz anlamına gəlmir, ancaq zaman keçdikcə xərçəngə çevrilə bilər. Uzun müddət virusa məruz qalma uşaqlıq boynuna zərər verə bilər.

Anormal vaginal qanaxma və cinsiyyət bölgəsində ağrılar ola bilər. Belə hallarda qadınlar mütləq həkimə müraciət etməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4482
avatar

Arzu Qurbanlı

Oxşar yazılar