Hematopoetik kök hüceyrə və mədəaltı vəzi hüceyrə transplantasiyalarının birləşməsi Stenford Tibb Məktəbinin tədqiqatçılarına siçanlarda 1-ci tip diabetin tamamilə qarşısını almağa və ya müalicə etməyə imkan verib.
Lent.az xəbər verir ki, bu barədə "Journal of Clinical Investigation" (JCI) jurnalında dərc olunan məqalədə deyilir.
Beləliklə, həm donorun, həm də resipientin hüceyrələrindən formalaşan yeni immun sistemi insulin istehsal edən hüceyrələrə avtoimmun hücumu dayandırıb və normal şəkər səviyyəsinin - insulinsiz və immunosupressantlar olmadan stabil bərpasını təmin edib.
Oqanizmi belə bir nəqlə hazırlamaq üçün elm adamları yumşaq bir rejimdən istifadə ediblər: antikorların, aşağı dozalı radiasiyanın və anti-otoimmün dərmanın birləşməsi. Bu sxem artıq klinikada qismən istifadə olunur ki, bu da onun insanlara keçmə şansını artırır.
Metod, 19 heyvanda diabetin inkişafının qarşısını alıb, xəstəliyi artıq ağır formada 9 heyvanda isə müsbət irəliləyiş əldə olunub.
Növbəti addım texnologiyanı insanlar üçün uyğunlaşdırmaq və transplantasiya üçün kifayət qədər mədəaltı vəzi hüceyrələrinin mənbəyini tapmaqdır. Tədqiqatçılar hesab edirlər ki, immun sisteminin "yenidən işə salınması"nın bu üsulu təkcə 1-ci tip şəkərli diabetin müalicəsində deyil, həm də digər autoimmun xəstəliklərin müalicəsində və qismən uyğun gəlməyən donorlardan orqanların təhlükəsiz transplantasiyasında sıçrayış ola bilər.