Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama: "İSTƏDİYİMİZƏ NAİL OLURUQ"
20 oktyabr 2021 20:24 (UTC +04:00)

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama: "İSTƏDİYİMİZƏ NAİL OLURUQ"

Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat logistika mərkəzinə çevriləcək.

Lent.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı deyib: “Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu tikilir, avtomobil yolu – Horadiz-Ağbənd tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”.

# 6183
avatar

Oxşar yazılar