Meyvə şirələrinin düzgün saxlanma QAYDASI
10 mart 2021 10:39 (UTC +04:00)

Meyvə şirələrinin düzgün saxlanma QAYDASI

Təzə sıxılmış meyvə şirələri konsentrat meyvə şirələrindən çox faydalıdır. Konsentrat meyvə şirələri vitaminsiz şəkərli içkilərdir. Təzə sıxılmış meyvə şirələrinin tərkibi isə vitamin və minerallarla zəngindir. Meyvə şirələri uşaq yaşlarından etibarən həyatımızın hər dövründə ləzzətlə istehlak etdiyimiz və sağlamlıq baxımından insan həyatında əvəzsiz yeri olan içkilərdir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə meyvə şirələrinin tərkibi vitamin, minerallar, lif və flavonoidlərlə zəngindir.

Sağlamlıq üçün olduqca faydalı olan bu şirələr immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir. Hər şirənin isə öz faydası vardır. Amma düzgün qəbul edilmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası dəymir. Buna görə də təzə sıxılmış meyvə şirələrini ən qısa müddətdə istehlak etmək lazımdır. Meyvə şirələri uzun müddət saxlandıqda vacib mineralları və vitaminləri itirir. Xüsusən C vitamini ilə zəngin olan meyvə şirələrində bu vitamin oksidləşərək sirkəyə çevrilir. Bununla yanaşı, uzun müddət saxlanılan meyvə şirələrində qısa müddət sonra bakteriya artmağa başlayacaq.

Meyvə şirələrindən düzgün istifadə edirikmi?

Təzə çəkilmiş meyvə şirəsini 2 saatdan çox olmamaq şərtilə istehlak etmək daha faydalıdır. Əgər meyvə suyu bu müddətdən artıq saxlanmalıdırsa, onda vitaminlərini qorumaqla saxlanmasını təmin etmək lazımdır. Belə ki, şirələrin plastik qablarda ağzı tam bağlanmamış və ya ağzı açıq şəkildə otaq temperaturunda saxlanması düzgün deyil. Bu şəkildə saxlanılan meyvə şirələrində dad və ya qoxu dəyişikliyi başlayacaq və o, sürətlə köhnələcəkdir. Meyvə şirələri hava ilə təmasda olmayan, quru və günəş işığına məruz qalmayan yerdə, xüsusən də möhkəm bağlanmış şüşə qablarda və soyuducuda saxlanmalıdır. Qoxusu və dadı dəyişmiş  meyvə şirələri istehlak edilməməlidir.

Meyvə yeməkdən zövq almırsınızsa, şirəsini içməklə gündəlik bir sıra minerallara, vitaminlərə və fitokimyəvi maddələr kimi bioaktiv birləşmələrə olan ehtiyacı ödəmək üçün faydalana bilərsiniz. Həmçinin meyvələrin lətli hissələrini şirələrə qarışdırmaqla daha sağlam fitonutrientlər və lif ehtiva edən bir içki əldə edə bilərsiniz ki, bu zaman şirənin tərkibində olan lif toxluq hiss etməyə kömək edə bilər.
Şirələrin tərkibində olan C vitamini, polifenol və karotenoidlər kimi bir çox maddələr sağlamlığımız üçün olduqca faydalıdır.

Xüsusilə C vitamini orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığına görə bizi infeksion və iltihabi xəstəliklərdən qoruyur, hipertoniya xəstələrində təzyiqin tənzimlənməsinə yardımçı olur, ürək xəstəliyi riskini azaldır. Portağal, üzüm, qreypfrut, nar, alma və albalıdan əldə olunan meyvə şirələrinin mütəxəssislər tərəfindən orqanizmə daha faydalı olduğu bildirilir. 

Portağal şirəsi 

Portağal şirəsinin əsasən C vitamini, kalsium, maqnezium mineralları ilə zəngindir. bir stəkan portağal şirəsi gündəlik C vitamini ehtiyacını qarşılayır. Fol turşusu, kalium, B1, B2, B6 vitaminləri və müxtəlif minerallarla zəngin olan portağal suyu  xərçəng hüceyrələrinin inkişafına qarşı effektlidir. Portağal suyu bəzi dərmanların təsirini azalda bildiyindən diqqətlə istehlak edilməlidir. Həmçinin gecə yarısı içilən portağal suyu da yuxusuzluğa səbəb ola bilər.

Üzüm şirəsi 

Üzüm şirəsinin tərkibində A, B, C vitaminləri, kalium və dəmir mineralları  var. Güclü antioksidant xüsusiyyətləri sayəsində bədəndəki sərbəst radikallarla mübarizə apararaq immun sistemini gücləndirir. Üzüm şirəsi tərkibində çox miqdarda kalium və dəmir ehtiva edir. Üzüm suyu immun sisteminə və ürək-damar sağlamlığına müsbət təsir göstərir, xolesterol və şəkəri tarazlaşdıraraq ürək sağlamlığını təmin edir.

Alma şirəsi 

Alma şirəsinin kalium, maqnezium, kalsium mineralları, C, K və E vitaminləri ilə zəngindir. Həmçinin yaddaşı gücləndirir, stres və yaşlanmanın təsirlərini azaldır.

İmmun sistemini gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Sağlam qidalanmaq üçün qida rasionunda kifayət qədər meyvə olmasını təmin etmək, mövsümi meyvələrdən, eləcə də təzə sıxılmış meyvə şirələrindən istifadə etmək vacibdir. Müntəzəm olaraq meyvə şirələrini istehlak etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür.

Meyvənin keyfiyyəti hazırlanan şirənin də keyfiyyətinə böyük təsir göstərir. İstifadə olunan meyvə tam yetişməli, zədələnmiş və ya çürümüş olmamalıdır. Həmçinin şirə hazırlayarkən meyvənin axar suyun altında təmiz yuyulub, suyunun çəkilməsi şərtdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6839

Oxşar yazılar

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45
Çiyələk mürəbbəsini  belə hazırlayın: RESEPT

Çiyələk mürəbbəsini belə hazırlayın: RESEPT

8 may 2025 , 17:00
 Göyərtini   yeməyə nə zaman əlavə etmək olar?

Göyərtini yeməyə nə zaman əlavə etmək olar?

8 may 2025 , 12:07
Gürcü xaçapurisi belə hazırlanır -  RESEPT

Gürcü xaçapurisi belə hazırlanır - RESEPT

7 may 2025 , 17:42