
Fərqli dada mənsub “Vupi” pirojnası
Fərqli dada mənsub “Vupi” pirojnası: Çay süfrələrinizin bəzəyi

Hazırlanması çox asan olan bu amerikan pirojnasının hələ də dadına baxmamısınızsa, reseptini oxuyub tətbiq etməyə başlayın. Çay süfrələrinizi standart şirniyyatlardan xilas edəcək bir reseptdir.
Lent.az “Vupi” pirojnasının hazırlanma qaydasını təqdim edir:
Bizə lazım olan ərzaqlar:
Xəmir üçün
1 ədəd yumurta
80 qr kərə yağı
100 qr şəkər kirşanı
3 x/q kakao tozu
100 ml süd
130 qr ələnmiş un
1 ç/q qabartma tozu
1 q vanil
Krem üçün
150 ml qaymaq (35%)
4 x/q şəkər kirşanı
İndi isə gəldik hazırlanma qaydasına. Yağı əvvəlcədən soyuducudan çıxardırıq. Unu, kakao tozunu, qabartma tozunu və vanili qarışdırırıq. Yağı şəkər kirşanı ilə yumşalana və qabarana qədər qarışdırırıq. Yumurtanı üzərinə töküb, qarışdırmağa davam edirik. Daha sonra əvvəlcədən hazırladığımız un və kakaoya südü əlavə edərək qarışdırırıq. Bütün inqridientlər bir-birinə tam qarışana qədər bu prossesi davam etdiririk. Hazır olan xəmiri xörək qaşığı vasitəsilə sobanın qabına düzün. Çalışın ki, halqalarınız çox böyük olmasın. Çünki bişdikcə də həcmi artacaq. Sobanı 180 dərəcədə qızdırıb 10-12 dəqiqə bişirin.
Pirojnalarımız bişənə qədər biz kremi hazırlayaq. Şəkər kirşanı ilə qaymağı bir-birinə tam qarışana qədər çalın. Hazır olan pirojnaların ortasına kremi qoyun.Bizim fikrimizcə bu şirniyyatın hər hansı bir bəzəyə ehtiyacı yoxdur. Lakin siz zövqünüzə görə bəzək verə bilərsiniz. Nuş olsun!

Lamiyə Məmmədova
Oxşar yazılar

3 ərzaqla hazırlanan sadə tort resepti - Lent.az-ın mətbəxi
27 yanvar 2021 , 12:46
Soyuq havaların isti yeməyi xəngəlin fərqli resepti - Lent.az-ın mətbəxi
21 yanvar 2021 , 10:37
Uşaqların sevimli şirniyyatı “Tısbağa qurabiyə”
15 yanvar 2021 , 16:55
Dadından doymadığınız “Rafaello”: Onu necə hazırlayaq?
13 yanvar 2021 , 11:31
Məşhur Alman yeməyi “Frikasse”: Ləziz dadını unutmayacaqsınız
11 yanvar 2021 , 15:58
Qısa müddətdə hazır olan “börək”: Onu hazırlamaq üçün...
7 yanvar 2021 , 14:58
Qış aylarının sevimli yeməyi “Ətli piroq”: Onu hazırlamaq üçün...
4 yanvar 2021 , 13:21
Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın FAYDALARI
30 dekabr 2020 , 17:46