Bu soyuq günlərdə ən ləzzətlə yeyəcəyiniz yemək - BUĞ XƏNGƏLİ  -VİDEO
07 fevral 2023 16:21 (UTC +04:00)

Bu soyuq günlərdə ən ləzzətlə yeyəcəyiniz yemək - BUĞ XƏNGƏLİ -VİDEO

Qışın ən ləzzətli yeməyi, bu xəngəl buğda bişirilir 

Azərbaycanın hər bir bölgəsi özünəməxsus mətbəx nümunələri ilə tanınır. Qurudulmuş ət və ondan hazırlanan müxtəlif xəmir xörəkləri dedikdə isə ilk ağla gələn ölkəmizin şimal-qərb rayonları Balakən, Zaqatala və Qax yada düşür. 

Bölgənin əhalisi qurudulmuş ətlə bişirilən xəmir xörəklərindən soyuq payız və qış aylarında istifadə edir. İndi haqqında söhbət açacağımız qurudulmuş ətlə bişirilən buğ xəngəli Zaqatalaya, bir az da dəqiqləşdirsək Muxax kəndinə məxsusdur. 

Bu ləziz, dadlı yeməyin hazırlanması üçün qurudulmuş ət, un, su və duz kifayət edir. Yeməyin digər xəmir yeməklərindən, hətta digər xəngəl növlərindən fərqi ondadır ki, bu yemək ətin buxarında bişirilir. 

Əvvəlcə quru ət  tikələrə bölünərək, qazanda bişirilir. Paralel olaraq isə xəngəlin xəmiri yoğurulur.

Xəmir yoğurulduqdan sonra 15-20 dəqiqə gözlənilir, daha sonra hazır xəmir kündələrə ayrılır. Kündələr oxlovla nazik yayıldıqdan sonra kvadrat şəklində doğranılır. 

Buğ xəngəli təkcə rayonda deyil, hətta bütün Azərbaycanda məşhurdur. Bir çox rayon və şəhərlərdən məhz bu yeməyi dadmaq üçün qış aylarında Zaqatalaya qonaq gələnlər də az deyil. 

Bu yeməyi quru ətlə yanaşı, təzə ətlə və toyuqla da bişirmək mümkündür. Buğ xəngəlini hazırlamaq bir qədər mürəkkəb olduğundan, təqribən iki saatdan çox vaxt alır. 

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5427
avatar

Oxşar yazılar