Xalq artist Yalçın Rzazadə ona olan biganəlikdən danışıb. Lent.az-a açıqlama verən müğənni ona qarşı olan diqqətsizlikdən söz açıb.
“İllərdir “xruşovka”da yaşayıram. Evim tökülür. Döşəməsi artıq sıradan çıxıb, çürüyüb. Maddi durumum imkan vermir ki, evimi təmir edim. Bununla bağlı heç kimə müraciət etməmişəm, niyyətim də yoxdur. Mən uşaq deyiləm ki, hansısa qapını döyəm, müraciət edəm. Belə şeylər mənim xarakterimdən uzaqdır. Azərbaycanda Yalçın neçə nəfərdi ki? Neçə illərdir ki, Bakının sabahı mənim ifa etdiyim “ Bakı, sabahın xeyir” mahnısıyla açılır. Ancaq mənim öz vəziyyətim baxın, nə haldadır. Mənə qarşı olan biganəliyi anlamıram. Ömrümü Azərbaycan musiqisinə qoymuşam. Amma evim uçub dağılır”- deyə, müğənni bildirib.