Xan Şuşinski adına II respublika muğam festivalı keçiriləcək
09 iyun 2014 12:13 (UTC +04:00)

Xan Şuşinski adına II respublika muğam festivalı keçiriləcək

İyunun 11-dən 19-dək uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı keçirəcək. Lent.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən təşkil olunan festival muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, eləcə də onların dəstəklənməsi məqsədilə təşkil ediləcək.

 

Festivalda iştirak etmək üçün 250-yə yaxın şagird sənəd verib. İyunun 11-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində başlayacaq festival bir turdan ibarət olmaqla 2 qrup üzrə Bakıda keçiriləcək.
 

 

İştirakçılar muğam, xalq və bəstəkar mahnıları, zərb muğam ifa edəcəklər. Festival iştirakçılarının çıxışlarını peşəkar xanəndələrdən ibarət münsiflər heyəti qiymətləndirəcək. Yekun konsert iyunun sonunda Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar