Muxtar Manıyevin oğlu:<span style="color:red;"> "Vəziyyəti ağırdır"
16 mart 2016 11:49 (UTC +04:00)

Muxtar Manıyevin oğlu: "Vəziyyəti ağırdır"

 

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsində olan xalq artisi Muxtar Manıyevin vəziyyəti ağır-stabil olaraq qalır. Bunu Lent.az-a açıqlamasında aktyorun oğlu Tural Manıyev bildirib: "Həyati təhlükəsi var. Əməliyyatdan sonrakı üç gün daha risklidir. Əməliyyatdan sonra hələ də özünə tam gəlməyib. Bu da təbiidir. Ağır əməliyyat olan insanın özünə gəlməyi bir müddət tələb edir. Huşu gedir-gəlir. Amma yenə də zəifdir. Həkimlər vəziyyətini stabil qiymətləndirirlər. Evə buraxılmaq barədə danışmaq hələ tezdir. Çünki hələ heç palataya köçürülməyib. Çox zəifdir”.

 

Xatırladaq ki, martın 15-də M. Manıyevin ikinci ayağı da amputasiya olunub. Şəkərli diabetdən əziyyət çəkən aktyorun sol ayağı 2015-ci il avqustun 11-də amputasiya edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338
avatar

Ümidə Həsənova

Oxşar yazılar