Xalq artisti komadan çıxıb
11 mart 2016 15:59 (UTC +04:00)

Xalq artisti komadan çıxıb

 

 

Xalq artisti Muxtar Manıyevin müalicəsi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin intensiv terapiya şöbəsində davam etdirilir. Bunu Lent.az-a açıqlamasında aktyorun həkimi Elmira Cəfərova bildirib. Həkim M. Manıyevin komadan çıxdığını və vəziyyətinin stabil olduğunu açıqlayıb: “Muztar Manıyev xəstəxanaya ağır vəziyyətdə - şəkərli ateroskleroz, kardoskliroz, mikro-makro-angiopatiya ilə daxil olmuşdu. Aşağı sol ətrafında trafik xora yarası vardı. Şəkəri çox aşağı düşmüşdü. Bu da onun vəziyyətini daha da ağırlaşdırmışdı. Şəkərlə əlaqədar koma vəziyyətində idi. Lakin biz onu ağır vəziyyətdən çıxardıq. Vəziyyəti stabildir, huşu aydındır. Verilən suallara düzgün cavab verir”.

 

Həkim qeyd edib ki, qarşıdakı iki gün ərzində aktyorun vəziyyəti yaxşılaşarsa,  birinci gün palataya köçürülə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353
avatar

Ümidə Həsənova

Oxşar yazılar