"Yuğ"un söküləcək binasında son 3 tamaşa
21 yanvar 2016 13:34 (UTC +04:00)

"Yuğ"un söküləcək binasında son 3 tamaşa

 

Bu  gün Dövlət YUĞ Teatrında M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış "Naməlum Axundzadə" tamaşasının nümayişi olacaq. Lent.az-ın məlumatına görə, səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. Tamaşa M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə “Naməlum Axundzadə” teatr layihəsi çərçivəçində səhnələşdirilib.

 

"Naməlum Axundzadə" ədibin irsinin fərqli, bu günə qədər qapalı qalan aspektlərini işıqlandırır. Tamaşa esxatoloji komediya janrındadır. Əsas rolları əməkdar artistlər Fərhad İsrafilov, Məmməd Səfa,  Sonaxanım Mikayilova, Gülzar Qurbanova, Vidadi Həsənov, Yaqut Paşazadə, aktyorlar Zümrüd Bəxtiyar, Zərtac Quliyeva ifa edir. Səhnə əsərinin quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri ƏR Toğrul və Aytən Məmmədovadır.

Tamaşa saat 19.00-da başlayacaq. 

 

Yanvarın 22-də teatrda rejissor Ramiz Həsənoğlunun "Sonuncu", yanvarın 23-də isə Vaqif İbrahimoğlunun "Birinci akt" tamaşası nümayiş etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07