Tanınmış rejissor vəfat edib
04 oktyabr 2016 13:29 (UTC +04:00)

Tanınmış rejissor vəfat edib

 

Dövlət Musiqili Teatrının rejissoru, prezident mükafatçısı Yusif Əkbərov vəfat edib. Lent.az-ın məlumatına görə, rejossor uzun sürən xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib. Mərhumla vida mərasimi bu gün yaşadığı ünvanda - Cənubi N. Nərimanov meydanı (N. Nərimanov heykəlinin yanıi) ev 31/33, mənzil 25-də saat 14:00-da olacaq.

 

Allah rəhmət etsin!

 

Xatırladaq ki, Yusif Əkbərov 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Həmin il C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin olunub.  Orada Nazim Hikmətin "Kor Padşah", Əliağa Kürçaylının "Qoruqlar" əsərini tamaşaya qoyub.

 

1974-cü ildə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına quruluşçu rejissor təyin edilib.  1987-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor işləyib. Fitri istedada, orijinal yaradıcılıq üslubuna malik olan Y.Əkbərov Sumqayıt teatrında "Əsrə bərabər gün", "Bəxt üzüyü", "Qınamayın məni", "Qaravəlli". "Bağdada putyovka var" tamaşalara quruluş verib.

 

1991-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor işləyib. Bu teatrda Y.Əkbərov "Lotereya", "Baş tutmayan hiylə", "Qızıl toy", "Hərənin öz ulduzu", "Nəğməli könül", "Səhnədə məhəbbət" "Əlin cibində olsun", "Bir günlük siğə" kimi uzun ömürlü tamaşalara quruluş vermişdir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430

Oxşar yazılar