Ramiz Rövşən oğluna toy edir - YENİLƏNİB
13 fevral 2013 00:22 (UTC +04:00)

Ramiz Rövşən oğluna toy edir - YENİLƏNİB

Şair Ramiz Rövşən oğluna toy etdi. Lent.az-ın toyda iştirak edən əməkdaşının verdiyi məlumata görə, toyu xalq artisti Ramiz Əzizbəyli idarə edib. Məclisdə xalq artistləri Flora Kərimova, əməkdar artist Teymur Əmrah müğənni Zöhrə Abdullayeva, Aşıq Əli iştirak ediblər.

****

21.43

Bu gün şair Ramiz Rövşənin oğlunun toyudur.  Lent.az-ın xəbərinə görə, şairin oğlu  Rövşən Əliyev Bakı Slavyan Universitetinin əməkdaşı Elnurə Verdiyeva ilə ailə  qurur.

Paytaxtın tanınmış restoranlarının birində keçirilən toy mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar,  Müsavat başqanı İsa Qəmbər, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, professor Rafiq Əliyev və digər tanınmış şəxslər iştirak edirlər.

Fotolar Lent.az-a məxsusudur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4363

Oxşar yazılar