Nizami Kino Mərkəzində yeni filmlərin premyeraları olacaq
22 yanvar 2016 17:47 (UTC +04:00)

Nizami Kino Mərkəzində yeni filmlərin premyeraları olacaq

                       

 

Nizami Kino Mərkəzində  ABŞ-ın istehsalı olan “Yüngül əxlaqlı baba”, “Tənzimlənmə oyunu” və “Coy”  filmlərinin nümayişi başlanıb.  lent.az-ın məlumatına görə, Den Mazerin ekranlaşdırdığı “Yüngül əxlaqlı baba” filmi  komediya janrındadır.

Üzüyola və düzgün gənc  Ceyson toy qabağı, yüngül xasiyyətli və dəlisov fantaziyalı istefada olan general babasıyla dəniz qırağı gəzintiyə çıxır və babası ilə keçirdiyi tətil onun həyatını həmişəlik dəyişir...

Filmdə baş rollarda Robert  De Niro, Zak Efron, Zoi Doyç, Obri Plaza, Ceyson Mantsukas, Dermot Malruni, Culianna Xaf, Ceffri Bauer –Cepman, Brendon Maykl Smit və  Ceyk Pikinq çəkilib.

Rejissor Adam MakKeyin cəkdiyi “Tənzimlənmə oyunu” filmi bioqrafik dram janrındadır. Söhbət puldan düşəndə vicdan susur. Həm də söhbət böyük pullardan gedirsə! Film 2008-ci ilin iqtisadi böhranını bir neçə il əvvəldən dərk etmiş  insanların özləri də istəmədən bu işdən pul qazanmaqlarından bəhs edir. Ekran əsərində rolları Kristian Beyl, Stiv Karell, Rayan Qoslinq, Bed Pitt, Mellisa Leo, Xamiş Linkleyter, Com Maqaro, Reyf Spoll,Ceremi Stronq, Marisa Tomey   və başqaları ifa edir.

Ssenari müəllifi və rejissor Devid.O.Rassellin cəkdiyi “Coy” filmi dramatik komediya janrındadır. Film övladını çətinliklərlə  tək böyüdən qadının sonradan ölkənin ən müvəfəqiyyətli iş adamına dönməsindən bəhs edir. “Coy”da rollarda Cenifer Lourens, Robert De Niro, Bredli Kuper, Edqar Ramires, Dayan Ledd, Virciniya Medsen, İzabella Rossellini, Daşa Polanko, Elizabet Rem, Syuzen Luççi  və başqaları çəkiliblər.         

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Ümidə Həsənova

Oxşar yazılar