
İtaliyalı pianoçu Muğam Mərkəzində konsert verəcək
Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində “Fortepiano musiqisi axşamı” adlı tədbir keçiriləcək.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, gecədə italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyev konsert proqramı ilə çıxış edəcək.
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunacaq konsertdə dünya şöhrətli bəstəkarlar L.V.Bethovenin №21 “Avrora” sonatası, F.Listin “Apres une lecture du Dante” fantaziya-sonatası, S.Prokofyevin 6 saylı sonatası səslənəcək.
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06