Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi, fəal gənc Rüfət Məmmədovun “Yeniyetmə - gənclərin zərərli və ən yaxşı nümunələri fotolarda” adlı fotosərgisi keçirilib. Lent.az-ın məlumatına görə, sərgi noyabrın 17-20-də təhsil ocaqlarında gənclərə və yeniyetmələrə təqdim edilib. Sərgi yeniyetmə və gənclərin böyük marağına səbəb olub.
Layihənin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin yaxşı nümunələri və pis vərdişlərini göstərməklə sağlam həyat tərzini təbliğ etmək olub.