İyunun 23-dən 25-dək Bakıda “Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, festival çərçivəsində tirajı 1000 nüsxə olmaqla 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" (CD) diskinin buraxılması, Rəşid Behbudov adına Mahnı Teatrında 23-24 iyun tarixlərində bədii kollektivlərin çıxışlarının, iyunun 25-də Azərbaycan Dövlət Musiqili Teatrında festivalın qala konsertinin, habelə Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən "Bir ailədə" adlı fotosərginin və "Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr" mövzusunda dəyirmi masanın təşkili planlaşdırılır.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində "Azərbaycan-doğma diyar" devizi altında azsaylı xalqların incəsənət festivalları keçirilir.