“Oyuq” studiyası xeyriyyə konserti keçirəcək
15 oktyabr 2015 15:23 (UTC +04:00)

“Oyuq” studiyası xeyriyyə konserti keçirəcək

Noyabrın 5-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası daha bir xeyriyyə konsert-tamaşasına hazırlaşır. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu dəfə balaca teatr həvəskarları həmyaşıdlarını 9 noyabr – Azərbaycan Dövlət Bayrağı günü münasibətilə öz ətraflarına toplayacaqlar.

 

UNİMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə keçiriləcək bayram tədbirində balaca istedadların ifasında “Yatmış gözəl” adlı tamaşa təqdim olunacaq. Dünya ədəbiyyatından məşhur əsər əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi 2 saatlıq tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanlarının  vəhdətdə təqdimatı nəzərdə tutulur.

 

Proqramda studiyanın fəalları Aylin Nəcəfli, Selcan Museyibova, Tunar İsa, Nazim Hacıyev və digərləri çıxış edəcək. Xeyriyyə konsert-tamaşasına Bakının internat məktəbi və uşaq evlərindən balacalar da dəvət olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28