Müğənni Rüfət Axundov dünyasını dəyişən dayısı, xalq artisti Yaşar Nurinin xatirəsinə həsr etdiyi “Kimlər gəldi, kimlər getdi...” adlı mahnıya çəkilən klipin təqdimatını keçirib. Lent.az-ın məlumatına görə, rejissor Nail Naiboğlunun ekran həyatı verdiyi klip təqdimatında mərhum sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva, qızları Ülkər və Ülviyyə, xalq artistləri Məleykə Əsədova, Səməd Səmədov, Rafael Dadaşov, əməkdar artistlər Firuzə İbadova, Teymur Əmrah, müğənnilər Röya, Elçin Hüseynov, Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Səidə Dadaşova, aktyorlar Fərda, “Bu şəhərdə” komandasından Müşfiq Abbasov, Coşqun Rəhimov, rəqqasə Fatimə, Aşıq Əli, Sərxan Kərəmoğlu və digər tanınmışlar qatılıblar. Qonaqlar Yaşar Nuri haqqında xoş sözlər söyləyib, onunla bağlı xatirələrini danışıblar.
Klipdə Yaşar Nurinin həyat və yaradıcılığını əks etdirən maraqlı fotolar yer alıb.
Ekran əsərini izləyən qonaqlar göz yaşlarına hakim ola bilməyiblər.
https://www.youtube.com/watch?v=Ny8kSGMleEA&feature=youtube_gdata_player