20 yanvar faciəsinin qurbanları “Mənim ağ göyərçinim”lə anılıb
19 yanvar 2016 17:56 (UTC +04:00)

20 yanvar faciəsinin qurbanları “Mənim ağ göyərçinim”lə anılıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, teatrın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova çıxış edərək  xalqımızın tarixinə qanla yazılmış 20 yanvar günündə canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını diqqətə çatdıraraq, həmin gün şəhid olmuş, günahsız yerə həbs olunmuş və itkin düşmüş insanların statistikasını açıqlayıblar.

Çıxışlardan sonra yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilib.

Iki gəncin - Aqillə Turanın saf və nakam məhəbbətini tərənnüm etdirən ilk məhəbbət haqqında iki hissəli lirik dramın  quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın Tumanaşvili adına Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. Səhnə  əsərində əsas obrazları Əməkdar Artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Nigar Məmmədova, Ədalər Əbdülsəməd, Eşqin Quliyev, Kərəm Hadızadə, İlham Əsədov, Müşfiq Əliyev, Anar Seyfullayev  və başqaları canlandırıblar.

Tamaşanı Kaspi Təhsil Mərkəzinin şagird və müəllim kollektivi izləyiblər.

Sabah, yəni yanvarın 20-də Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 20 yanvar faciəsinin qurbanlarını yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07