Xalq artisti Fatma Mahmmudova reabilitasiya mərkəzinə yerləşdirilib.
Lent.az xəbər verir ki, bu haqda Əməkdar artist Kubra Əliyeva paylaşım edib. O bildirib ki, aktrisa müalicəsini mərkəzdə davam etdirir.
Əli zədələnən F.Mahmudova artıq sağaldığını bildirib:
"Əvvəl əlimi işlədə bilmirdim, indi yaxşıdır".
Qeyd edək ki, F.Mahmudova bir neçə dəfə insult keçirib. Sonuncu dəfə o, bu ilin yazında insult keçirtmiş və xəstəxanaya yerləşdirilmişdi.
