Məşhur aktrisanın oğlunu əlindən aldılar:  Erotik səhnələrə görə
09 mart 2023 17:34 (UTC +04:00)

Məşhur aktrisanın oğlunu əlindən aldılar: Erotik səhnələrə görə

Hollivud ulduzu Şeron Stoun 1992-ci ildə çəkildiyi “Əsas instinkt” filmindən sonra başına gələn hadisələrdən danışıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, film ekranlara çıxarkən o əri Fil Bronşteynlə boşanma ərəfəsində olub. 2004-cü ildə baş tutan məhkəmə zamanı hakim Şeronun övladlığa götürdüyü Roan Cozef  Bronşteynə anasının erotik səhnələrə çəkilməsindən xəbərdar olub-olmamasını soruşub. Məhkəmənin qərarı ilə uşağın hamiliyi anasından alınaraq atasına verilib, Şerona isə onu görmək hüququ verilib.

“Həmin illərdə bir çox Hollivud ulduzları ekranlarda çılpaq səhnələrdə, erotik epizodlarda çəkilirdilər. Mən məhkəmənin bu epizoddan istifadə edərək, oğlumu əlimdən almasını insan haqlarının tapdanması kimi qiymətləndirirəm. Bu hadisə məni çox üzdü. Xəstəxanaya düşdüm. Ürəyimdə böyük problemlər yarandı” - aktrisa bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3510
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar