“Mənim onlardan nəyim əskikdir?” - Xalq artistindən etiraz
04 avqust 2023 17:22 (UTC +04:00)

“Mənim onlardan nəyim əskikdir?” - Xalq artistindən etiraz

Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında özbəkistanlı aktyorların ifasında “Qaynana” tamaşası təqdim edildi. 

Tamaşaçılar arasında Azərbaycan və Özbəkistan mədəniyyət nazirliklərinin nümayəndələri də var idi və onlara xüsusi yer ayrılmışdı.

Lent.az-ın xəbərinə görə, protokol üçün nəzərdə tutulmuş sıralarda tanınmışlardan Xalq artistləri Gülyanaq Məmmədova və Nurəddin Mehdixanlı əyləşmişdilər.

Boş qalan yerlər də var idi. Arxa sıralardan birində əyləşmiş Xalq artisti Fatma Mahmudova teatr bələdçilərinə əyləşdiyi yerlə bağlı öz etirazını bildirib.

“Mən xalq artistiyəm. Prezident təqaüdçüsüyəm, yaşım və təcrübəm var. Mənim orda oturanlardan nəyim əskikdir ki, protokol üçün ayrılmış  cərgədə mənə yer verilmir?”.

Aktrisa teatrda işləməkdən və teatr rəhbərliyindən razı qaldığını söyləsə də, bu kimi məqamlara diqqət edilməsinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3951

Oxşar yazılar

Ən yaxşı 7 macəra  filmi -VİDEO

Ən yaxşı 7 macəra filmi -VİDEO

29 aprel 2025 , 17:28
"Avatar"ın məşhur obrazı real həyatda  necə görünür?

"Avatar"ın məşhur obrazı real həyatda necə görünür?

29 aprel 2025 , 15:22
Məşhur yazıçı  öldürüldü

Məşhur yazıçı öldürüldü

28 aprel 2025 , 22:08
2025-in ən yaxşı  5 komediya   serialı -VİDEO

2025-in ən yaxşı 5 komediya serialı -VİDEO

28 aprel 2025 , 17:56
Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

28 aprel 2025 , 15:08
2025-ci ilin ən vacib  filmlərindən biri - "Müqəddəs əncirin toxumu" -  VİDEO

2025-ci ilin ən vacib filmlərindən biri - "Müqəddəs əncirin toxumu" - VİDEO

28 aprel 2025 , 13:30
Aktyor Möylə Mirzəliyev vəfat etdi

Aktyor Möylə Mirzəliyev vəfat etdi

28 aprel 2025 , 12:41
Əhvalınızı düzəldəcək 5 film

Əhvalınızı düzəldəcək 5 film

28 aprel 2025 , 12:06